A.V.Lapşinin əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ISHR Moldova2021-11-26T10:48:40+01:00A.V.Lapşinin əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı © SPUTNIK / MURAD ORUJOV Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: I. 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin. II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı