Azərbaycan qadını kimdir: Hüquq müdafiəçisi Səadət Bənənyarlı və sosioloq Əhməd Qəşəmoğlu Canlı Yayında

Bu gün musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi “Canlı yayın”ın qonağı hüquq müdafiəçisi Səadət Bənənyarlı və sosioloq Əhməd Qəşəmoğludur.

Hazırda başlayan yayında qonaqlarımızla Azərbaycanda qadın hüquqları, qadınların idarəetmədəki iştirakı, ailədə və cəmiyyətdə qadın hüquqlarının pozulması halları, boşanmış qadınların aliment problemləri, qadınların iqtisadi və işsizlik problemləri kimi mövzuları müzakirə edəcəyik.

Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün musavat.com-un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.